İdman

10 Yanvar

Polina Rəhimova Azərbaycan milli komandasındakı karyerasını başa vurub

Braziliyanın "Sesi Bauru" klubunda çıxış edən Polina Rəhimova Azərbaycan milli komandasındakı karyerasını başa vurub.

Fins.az-ın məlumatına görə, bu barədə 29 yaşlı oyunçunun özü Avropa Voleybol Konfederasiyasının rəsmi saytına açıqlamasında bildirib. 

"Tokio olimpiadasından kənarda qaldıq. Növbəti oyun üçün hələ də həyəcanlıyam. Bu, millidə son oyunum olacaq", - o vurğulayıb. 

Azərbaycan millisi hazırda Hollandiyanın Apeldorn şəhərində keçirilən 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində mübarizə aparır. A qrupunda yer alan komanda Hollandiyaya 0:3, Bolqarıstana isə 1:3 hesabı ilə uduzub. Bununla da Vasif Talıbovun baş məşqçi olduğu kollektivin qrup sonuncusu olacağı dəqiqləşib. Yanvarın 11-də Polşa ilə keçirəcəyi son tur matçının nəticəsindən asılı olmayaraq, Azərbaycan millisi olimpiadaya lisenziya qazana bilməyib. 

Qeyd edək ki, Polina Rəhimova Azərbaycan millisinə 2007-ci ildən çağırılmağa başlayıb.