Yanvarın 11-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq "Neftçi" klubunun yoxlama görüşündə qüvvəsini sınayacağı sonuncu rəqibi də müəyyənləşib.
Fins.az xəbər verir ki, Roberto Bordinin baş məşqçisi olduğu komanda son yoxlama matçını yanvarın 24-də digər Ukrayna təmsilçisi “Desna”ya qarşı keçirəcək.
Xatırladaq ki, "Neftçi" bu oyuna qədər Türkiyədə Polşanın “LKS Lodz” (15 yanvar) və Kiyev “Dinamo”su (20 yanvar) ilə də üz-üzə gələcək. "Ağ-qaralar" vətənə yanvarın 25-də qayıdacaq.