Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Rayan Babel yenidən sabiq komandası "Ayaks"a qayıdıb.
Fins.az-ın məlumatına görə, hollandiyalı hücumçu 6 aylığına Amsterdam təmsilçisinə icarəyə verilib.
Futbolçunun özü də "Ayaks"a qayıtmaq üçün fədakarlıq edib. "Qalatasaray"la 2022-ci ilə qədər müqaviləsi olan Babel maaşının bir qismini İstanbul klubuna bağışlamağa hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, Babel 2004-2007 və 2012-2013-cü illərdə "Ayaks"ın şərəfini qoruyub.