Futbol üzrə İspaniya Super Kubokununun yarımfinal matçında “Real Madrid” klubu “Valensiya”nı məğlub edib.
Fins.az xəbər verir ki, Ciddə şəhərində “Kinq Abdullah Sports City” stadionunda keçirilən görüş “Real”ın 3 -1 hesablı qələbəsi ilə başa çatıb.
Madrid komandasından qolları Toni Kros, İsko və Luka Modriç vurub.
“Valensiya”nın isə yeganə qolunun müəllifi Daniel Parexo olub.
Finalda “Real Madrid” “Barselona” - “Atletiko” cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, turnirin final görüşü yanvarın 12-də reallaşacaq.