AFFA İcraiyyə Komitəsi üzvlərinin sayı artırılıb.
Fins.az məlumatına görə, bu barədə baş katib Elxan Məmmədov bildirib.
O deyib ki, yeni qəbul olunmuş Nizamnaməyə əsasən, üzv sayı 11-dən 13-ə çatdırılacaq. Eyni zamanda AFFA-da I vitse-prezident vəzifəsi ləğv olunub, əvəzində vitse-prezident sayı 4-ə yükdəldilib.
Qeyd edək ki, seçki yanvarın 28-də olacaq.