İdman

08 Yanvar

"Daily Star": "Bornmut" Beqoviçin "Qarabağ"da qalmasına razılıq verib

Qış transfer pəncərəsi dövründə "Qarabağ"dan ayrılacağı gözlənilən klubun qapıçısı Asmir Beqoviçin gələcək karyerasına aydınlıq gəlib.

Fins.az xəbər verir ki, bosniyalı qolkiper mövsümün sonunadək Ağdam təmsilçisində qalacaq.

Müqavilə ilə "Bornmut"a məxsus olan 32 yaşlı qapıçının yenidən İngiltərə Premyer Liqasına qayıdacağı iddia olunurdu. Beqoviçlə "Vest Hem" klubu yaxından maraqlanırdı.

Lakin Premyer Liqada düşmə zonasında olan "Bornmut" klubu bu mübarizədə əsas rəqiblərindən olan "Vest Hem"i gücləndirməmək üçün təklifi rədd edib. Bu səbəbdən də Premyer Liqa təmsilçisi Beqoviçin yenidən icarə əsasında "Qarabağ"da oynamasına razılıq verib.