“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola “Yuventus” və “Real Madrid” klubuna keçməmək barədə prinsipial qərar verdiyini açıqlayıb.
“The Guardian” məlumat verir ki, ispaniyalı mütəxəssis bu barədə derbi oyunundan öncə jurnalistlərə verdiyi açıqlamada bildirib.
X.Qvardiola hansısa klubdan təklif almayacağı təqdirdə Maldiv adalarına istirahətə yollanmağı düşündüyünü açıqlayıb:
“Maldiv olmaya da bilər, axı orada qolf meydançaları yoxdur”, - X.Qvardiola mətbuat konfransında arzularını dilə gətirib.