İdman

07 Yanvar

İtaliyanın dünya çempionu olan futbolçusu karyerasını başa vurub

Argentina "Boka Huniors"unun italiyalı yarımmüdafiəçisi Daniele De Rossi futbolçu karyerasını başa vurub.

Fins.az-ın məlumatına görə, bu barədə 37 yaşlı oyunçunun özü açıqlama verib.

O, hər hansı zədə və ya digər probleminin olmadığını bildirib: "Sadəcə, öz ailəmin yanına qayıtmağımın gərəkliyini hiss edirəm. Xüsusən, mən öz qızım, o da mənim üçün darıxır. Karyeramı bitirmək qərarım qətidir. Əksinə inandırmağa çalışdılar, bir daha düşünməyimi xahiş etdilər. Amma qərar qəbul olunub və burada heç bir qəribəlik yoxdur".

De Rossi futbol sahəsində işləməkdə davam edəcəyini də vurğulayıb.

Qeyd edək ki, Daniele De Rossi 2002-ci ildən çıxış etdiyi İtaliya "Roma"sı ilə ötən yay vidalaşaraq, Argentinaya üz tutub. Lakin o, "Boka Huniors"da cəmi yarım il çıxış edib. De Rossi "Roma"nın heyətində 2 dəfə (2006/2007, 2007/2008) İtaliya Kuboku, eləcə də ölkə Super Kubokunu (2007), İtaliya millisində isə dünya çempionluğu (2006) qazanıb.