İdman

07 Yanvar

Ronaldu ХХI əsrdə üç ölkə çempionatında het triklərin sayına görə ikinci oyunçu olub

Turinin "Yuventus” klubunun portuqal hücumçusu Kriştianu Ronaldu növbəti nailiyyətə imza atıb.

Fins.az xəbər verir ki, hücumçu XXI əsrdə İngiltərə, İspaniya və İtaliya çempionatlarında het trik edən ikinci oyunçu olub.

Birinci belə nailiyyətə "Udineze"nin, "Barselona" və "Arsenal"ın keçmiş hücumçusu Aleksis Sançes imza atıb. Hazırda o, "İnter"də çıxış edir.

Qeyd edək ki, Ronaldu İtaliya çempionatının 18-ci turunun “Kalyari”yə qarşı matçında rəqib qapısından 3 top keçirib. Portuqaliyalı bununla "Böyük 5-lik"də 17 il (2003-2020-ci illər) boyunca ardıcıl olaraq Avropa çempionatlarında qol vuran ilk futbolçu olub.

O, “Yuventus”a ötən ilin yayında Madrid "Real”ından keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. Cari mövsümdə 34 yaşlı portuqaliyalı İtaliya milli çempionatının (hər bir matçda əsas heyətdə çıxış edib) 15 matçında iştirak edib və 13 qol (4 qol penaltidən) vurub. Futbolçu habelə bu matçlarda 2 məhsuldar ötürmə verib.