İngiltərənin ən titullu klubu “Mançester Yunayted” Azərbaycanda fəaliyyət göstərən “Azerbaijan - Baku Reds” fan klubu rəsmən tanıyıb.
Fins.az xəbər verir ki, “Azerbaijan - Baku Reds” fan klubu bu möhtərəm hadisə ilə bağlı “Half Way Inn Baku”da təqdimat mərasimi keçirib. Tədbirə Azərbaycanda “Mançester Yunayted”ə azarkeşlik edən şəxslər qatılıb. Tədbirin aparıcısı İdman Tv-nin aparıcısı Tərlan Şahinoğlu olub.
Mərasimin musiqili hissəsində caz ifaçısı Dia Əliyeva çıxış edib. Müğənninin ifasında "Manchester United"ə aid mahnılar da səslənib.
Tədbir zamanı viktorina da olub. Azarkeşlər arasında sual-cavab keçirilib. Qalib gələn şəxslərə “Mançester Yunayted”ə aid hədiyyələr təqdim olunub.
Daha sonra azarkeşlər İngiltərə Premyer Liqasının 20-ci turunda baş tutan “Börnli” - "Mançester Yunayted” (0:2) qarşılaşmasını izləyiblər.
Qeyd edək ki, “Azerbaijan - Baku Reds” fan klubunun prezidenti Vüsal Qarayevdir. Fan klubun xəzinədarı isə Ramid Mirzəyevdir.
Müəllif: Tuncay Türbəndəzadə