İdman

29 Dekabr

“Barsa”nın ulduzu klubunu məhkəməyə verdi

“Barselona”nın yarımmüdafiəçisi “Arturo Vidal” komandasını məhkəməyə verib.

Fins.az xəbər verir ki, Çili futbolçusu “Barsa”nı müqaviləsində nəzərdə tutulmuş 2.4 milyon avro bonusu ödəməməkdə ittiham edir.

Futbolçunun müqaviləsində katalon klubunun ötən mövsüm keçirdiyi oyunların ən azı 60 faizində iştirak etdiyi halda əlavə bonuslar nəzərdə tutulub.

“Barselona” rəhbərliyi isə Vidalın iddiasına cavab olaraq bildirib ki, sözügedən bonusların futbolçunun meydanda olduğu qarşılaşmalarda ən azı 45 dəqiqə oynaması halında ödənməsi nəzərdə tutulub. Lakin yarımmüdafiəçi meydana əvəzetmələr zamanı daxil olub.

Vidalın vəkilləri isə bütün bunlara baxmayaraq klubun sözügedən məbləğin ən azı 50 faizini ödəməli olduğunu qeyd edib.