İDMAN

29 Dekabr

İngiltərə Premyer Liqasının 20-ci turuna start verilib

İngiltərə Premyer Liqasının 20-ci turuna start verilib.

Fins.az xəbər verir ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Lester Siti” səfərdə autsayder “Vest Hem” klubu ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Lester Siti” xallarının sayını 42-yə çatdıraraq ikinci pillədə yerini möhkəmləndirib. “Vest Hem” isə 19 xalla 17-ci pillədə qərarlaşıb.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Brayton” - “Bormunt” - 2:0;

“Nyukasl Yunayted” - “Everton” - 1:2;

“Southempton” - “Kristal Palas” - 1:1;

“Uotford” - “Aston Villa” - 3:0;

“Norviç Siti” - “Tottenhem” - 2:2;

“Börnli” - “Mançester Yunayted” - 0:1.

Turun digər oyunları bu gün keçiriləcək.