İDMAN

27 Dekabr

Arda Turan "Qalatasaray"a qayıdır

İcarə əsasında "Başakşehir"də forma geyinən, müqavilə ilə "Barselona" klubuna məxsus olan Arda Turan qış fasiləsində komandasını dəyişəcək.

Fins.az goal.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü keçmiş klubu "Qalatasaray"a keçəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 32 yaşlı yarımmüdafiəçinin "sarı-qırmızılar"la 1,5 illik müqavilə imzalayacağı bildirilir.

"Qalatasaray"ın yetirməsi olan Arda, 2011-ci ildə "Atletiko"ya, 2015-ci ildə isə "Barselona"ya keçib. Kataloniya təmsilçisində gözlənilən performansı sərgiləyə bilməyən yarımmüdafiəçi, 2018-ci ildə "Başakşehir"ə 2 illik icarəyə verilib. Ardanın hazırkı icarə müqaviləsi mövsümün sonunda bitir.

Arda 100 dəfə formasını geyindiyi Türkiyə yığmasında 16 qol vurub.