"Real Madrid" klubunun futbolçusu Eden Azar İspaniya Superkubok matçlarında komandasına kömək edə bilməyəcək.
Fins.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin zədəsinin sağalması gecikir və onun 2020-ci ilin fevral ayında bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, Eden Azar Çempionlar Liqasının qrup mərhələsinin V turunda Madriddə Fransa PSJ-si ilə görüşdə (2:2) sağ ayağından xəsarət alıb. Bu mövsüm İspaniya Superkuboku Səudiyyə Ərəbistanında keçiriləcək və 4 kollektiv üçün mini turnir təşkil olunacaq. "Real Madrid"dən əlavə "Barselona" "Atletiko" (Madrid) və "Valensiya" komandaları mübarizə aparacaq. Yanvarın 8-də "Real Madrid" yarımfinalda "Valensiya" ilə, ertəsi gün isə "Barselona" "Atletiko" ilə üz-üzə gələcək. Final isə yanvarın 12-də olacaq.