İsveç hücumçusu Zlatan İbrahimoviç gələcəkdə çıxış edəcəyi klub haqqında qərar qəti şəkildə qəbul edib.
Fins.az xəbər verir ki, o, "Milan"la 6 aylıq müqavilə imzalayacaq.
Məlumata görə, Zlatanın qərarı iki gün ərzində elan ediləcək. O, 2020-ci ilin iyununa qədər "Milan"la müəyyən şərtlər daxilində müqavilə bağlayacaq. Tərəflərə yalnız detalları nizama salmaq və sazişi bağlamaq qalıb.
Daha əvvəl bildirilirdi ki, 36 yaşlı hücumçu ilə "Everton", "Napoli" və A seriyasından "Monsa" maraqlanır.
İbrahimoviç 2010-cu ildən 2012-ci ilə qədər "Milan"da çıxış edib. İsveç futbolçusu 85 matçda 56 qol vurub.
© Report