Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 13 idmançıya xəbərdarlıq edib.
Fins.az-ın məlumatına görə, bunu AMADA-nın baş direktoru Şəfəq Hüseynli açıqlayıb.
O, ilin yekunları bağlı keçirilən mətbuat konfransında bildirib ki, buna idmançıların davranışları səbəb olub. Belə ki, 4 dəfə idmançıya məkanın məlumatlandırılmaması, 9 dəfə testin buraxılmasına görə xəbərdarlıq olunub.
Qeyd edək ki, üç xəbərdarlıq bir qayda pozuntusu hesab olunur.