İdman

26 Dekabr

“Tottenhem” Dayerlə müqaviləni uzatmaq istəyir

Londonun “Tottenhem Hotspur” futbol klubu yarımmüdafiəçi Erik Dayerlə müqaviləni uzatmaq istəyir.

Fins.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Qeyd olunub ki, Joze Mourinyonun rəhbərliyindən sonra Erik meydanda daha çox olur və klub buna görə ona yeni müqavilə təklif edəcək.

Hazırda yarımmüdafiəçi həftədə 86 min avro maaş alır. Onun ingilis klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında bitir.

Dayer, 2014-cü ilin yayında Lissabonun “Sportinq” klubundan 5 milyon avroya transfer edilib. 

Bu mövsümdə 25 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının səkkiz oyununda iştirak edib və yalnız bir dəfə məhsuldar ötürmə edib.