Almaniya "Bavariya"sının və Polşa millisinin futbolçusu Robert Levandovski 2019-cu ilin ən yaxşı bombardiri olub. Fins.az-ın məlumatına görə, 31 yaşlı hücumçu ilin əvvəlindən klub və yığma səviyyəsində üst-üstə 59 oyuna 59 qol vurub.
İkinci yerdə İspaniya "Barselona"sının və Argentina millisinin forvardı Lionel Messi qərarlaşıb. O, 58 matçda 50 dəfə fərqlənib. "Üçlüy"ü PSJ-nin fransalı qolçusu Kilian Mbappe qapayıb. Mbappe 49 qarşılaşmada rəqib qapılarına 44 dəfə yol tapıb.
Qeyd edək ki, Robert Levandovski "Bavariya"ya 2014-cü ildə Dortmund "Borussiya"sından keçib. O, Münhen təmsilçisi ilə 5 dəfə Almaniya çempionluğu qazanıb.