Xavyer Tebas yenidən İspaniyanın futbol çempionatının ən yüksək divizionunun - La Liqanın prezidenti vəzifəsinə seçilib.
Qeyd edilir ki, Tebas La Liqanın başçısı vəzifəsinə yeganə namizəd olub, həmin səbəbdən də seçkilər alternativsiz əsasda keçirilib. Beləliklə, 57 yaşlı Tebas Baş Məclisə ehtiyac olmadan növbəti dörd ilə La Liqanın prezidenti seçilib.
Tebas 2013-cü ildən La Liqanın başçısı postunu tutur. Cari ilin 2 dekabrında o, yenidən seçilmək məqsədi ilə vəzifəsindən istefa verdiyinı elan edib. Bundan sonra Tebas yarışın müvəqqəti rəhbəri təyin olunub.
Hazırda İspanıya premyerasının lideri "Barselona"dır. Komanda 18 matçda 39 xal yığıb.