Ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il olduğu kimi bu il də müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstəriblər.
Fins.az 2019-cu ildəki idman sahəsində vacib anları xatırladır:
Yanvar
Azərbaycanın kişi voleybol yığması tarixində ilk dəfə Avropa çempionatına vəsiqə şansı qazanıb
Fevral
Prezident İlham Əliyev Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı 10 933 900 manat ayırıb.
Azərbaycan Qran-prisinin keçirilmə müddəti 2023-cü ilədək uzadılıb. Əvvəlki anlaşma 2020-ci ilədək idi.
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Mart
Azərbaycanda gəlirlərinin 10 faizini futbola sərf edən şirkətlər vergidən azad olunacaq
Azərbaycan ağırlıqqaldıranı Rəhman Kazımov dünya birinciliyində qızıl medal qazanmaqla tarixə düşüb
Aprel
Azərbaycanın sərbəst güləş yığması Avropa çempionatında 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi Valteri Bottas olub
May
"Qarabağ" ardıcıl altıncı dəfə Azərbaycan çempionu olub
UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda nümayiş etdirilib
Bakıda aerobika üzrə Avropa çempionatı baş tutub.
"Çelsi" Bakıda "Arsenal"ı darmadağın edərək (4:1) Avropa Liqasının qalibi olub
İyun
UEFA Çempionlar Liqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib. “Liverpul” “Tottenhem”ə qalib gəlib. 2-0
UEFA-nın ilk dəfə təşkil etdiyi UEFA Millətlər Liqasının qalibi müəyyənləşib. Portuqaliya Hollandiyaya qalib gəlib 1-0
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik "Minsk 2019" II Avropa Oyunlarının qalibi olub.
Avqust
"Qarabağ" komandası 5-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Sentyabr
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Mariya Stadnik qızıl medal qazanıb
Oktyabr
Şahmat üzrə Teymur Rəcəbov Dünya Kubokunun finalında çinli Dinq Lireni məğlub edərək çempion oldu - 6:4.
Azərbaycanın yeniyetmə şahmatçısı Aydın Süleymanlı dünya çempionu olub.
Noyabr
Azərbaycanın şahmat yığması Ermənistana qalib gələrək 27 ildən sonra Avropa çempionatının medalçısı olub. Bürünc medal
Dekabr
Lionel Messi 6-сı dəfə "Qızıl top" mükafatını qazanıb
Taekvondo üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandust ilin ən yaxşı məşqçisi seçilib. İranlı mütəxəssisi bu ada Ümumdünya Taekvondo Federasiyası layiq görüb.