Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.
Fins.az xəbər verir ki, ilk yarımfinal matçında Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu Libertadores kubokunun qalibi olmuş Braziliyanın "Flamenqo" komandası ilə qarşılaşıb. "Flamenqo" 3:1 hesablı qələbə ilə finala yüksəlib.
Yarımfinal digər matçında İngiltərənin "Liverpul" və Meksikanın "Monterrey" klubları qarşılaşacaq.