İDMAN

18 Dekabr

Qvardiola təsdiqlədi, “Arsenal”ı o çalışdıracaq

"Arsenal”ın yeni baş məşqçisi Mikel Arteta olacaq. 
Fins.az xəbər verir ki, bu barədə yayılan məlumatı "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola da təsdiqləyib. Arteta onun köməkçisidir: 
"Bu təyinat tezliklə baş tutacaq”. 
İngiltərə mətbuatının verdiyi məlumata görə, Arteta dekabrın 21-nə qədər "arsenal”la müqavilə bağlayacaq. O, 2011-2016-cı ildə "topçular”ın şərəfini qoruyub. Bundan sonra isə karyerasını bitirərək Qvardiolanın məşqçilər korpusunda yer alıb. 
Mətbuatın iddiasına görə, "Arsenal”ın futbolçuları Artetanın baş məşqçi postuna təyinatına etiraz edirlər.