İdman

18 Dekabr

ABŞ Özili dəstəklədi

"Arsenal”ın futbolçusu Məsut Özilə ABŞ-dan dəstək gəlib. 
Fins.az xəbər verir ki, Məsut sosial şəbəkədə Çinin uyğur əhalisinə göstərilən təzyiqə etiraz etmişdi. Özilin bu etirazından sonra Çin "Arsenal”ın oyunlarının yayımına qadağa qoymuşdu. 
ABŞ-ın baş katibi Mayk Pompeo Məsut Özilə dəstək olub. Baş katib "tvitter”də belə yazıb: 
"Çin Kommunist Partiyasının təbliğat kanalları Özili qadağan edə, bu mövsüm "Arsenal"ın bütün oyunlarına senzura qoya bilərlər, amma həqiqət zəfər çalacaq.
Kommunist Partiyası uyğurlara və digər dini etiqadların nümayəndələrinə qarşı insan haqlarının kobud şəkildə pozulması faktını dünyadan gizlədə bilməyəcək”.