İdman

17 Dekabr

"Qarabağ" "Neftçi"nin rekordunu təkrarlayıb

“Qarabağ” klubu Azərbaycan Kubokunda 90-cı qələbəsini qazanıb.

Fins.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu yubiley 2019/2020 mövsümünün 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. 

Qurban Qurbanovun baş məşqçi olduğu komanda ev matçında “Keşlə”ni 1:0 hesabı ilə yenib. 1993-cü ildən kubokda mübarizə aparan Ağdam klubu 90-cı qələbəni 143-cü görüşündə əldə edib. Bu qələbələrdən 55-i evdə, 29-u səfərdə, 6-sı neytral meydanda qazanılıb.

“Qarabağ” Azərbaycan kubokunda ən çox qələbə qazanan komanda adına şərik olub. Əyalət klubuna qədər “Neftçi” hamıdan çox - 90 dəfə kubok matçında qalib gəlib. Lakin bakılılar daha çox – 158 oyunda buna nail olublar.