İDMAN

17 Dekabr

Transfer qadağası ləğv olunan "Çelsi"nin qış transfer dönəmində xərcləmək istədiyi məbləğ bəlli olub

İngiltərənin "Çelsi" klubunun qış transfer dönəmində heyətinə qatmaq istədiyi futbolçular və xərcləmək istədiyi məbləğ bəlli olub.

Fins.az "Telegraph"a istinadən xəbər verir ki, London təmsilçisi yeni oyunçulara 150 milyon funt sterlinq sərf edə bilər.

"Zadəganlar" Vilfrid Zaha ("Kristal Palas"), Leon Beyli ("Bayer", Leverkuzen, Almaniya), Timo Verner ("Leyptsiq", Almaniya), Samuel Çukvueze ("Vilyarreal", İspaniya), Mussa Dembele ("Lion", Fransa), Natan Ake ("Bornmut", ingiltərə) kimi oyunçularla maraqlanır.

Fransalı hücumçu Olivye Jiru isə "Çelsi"ni İtaliya "İnter"inə dəyişə bilər. Müdafiəçi Markos Alonso və Pedro də komandanı tərk etməyə yaxındır.

Qeyd edək ki, dekabrın əvvəlində İdman Arbitraj Məhkəməsi (CAS) FIFA-nın "Çelsi"yə tətbiq etdiyi transfer qadağasını ləğv edib.