Gündəm

29 Sentyabr

Rəşad Mahmudov Cabir İmanovla bağlı:"Ürək-damar xəstəlikləri..."

“29 sentyabr - Dünya Ürək Günü. Ürək-damar xəstəlikləri bu gün də qlobal miqyasda ən aktual sağlamlıq problemlərindən biridir. Həm qanunverici, həm də həkim olaraq inanıram ki, cəmiyyətimizin sağlam gələcəyi üçün profilaktika, erkən diaqnoz və sağlam həyat tərzinin təşviqi ən əsas şərtlərdəndir. Bu çətin və şərəfli yolda fədakarlıqla çalışan bütün həkimlərimizə və tibb personalına təşəkkür edir, onlara uğurlar arzulayıram”.

 

Sfera.az xəbər verir ki, bu sözləri tanınmış ürək cərrahı Rəşad Mahmudov qeyd edib.

 

O bu gün əməkdar artist Cabir İmanovun qəfil ürək tutmasından dünyasını dəyişdiyini də xatırladıb:

 

“Təəssüf ki, bu gün tanınmış istedadlı sənətkarımız Cabir İmanov qəfil ürək tutmasından dünyasını dəyişdi. Bu acı hadisə bir daha göstərir ki, gənc və sağlam görünən insanlar belə ürək-damar xəstəliklərinin təhlükəsi altındadır. Ona görə də hər bir kəs üçün mütəmadi tibbi müayinələr, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq durmaq, şəkərli diabet və təzyiq kimi risk faktorları ilə mübarizə həyati əhəmiyyət daşıyır”.

 

Millət vəkili Cabir İmanova Allahdan rəhmət, yaxınlarına isə səbr diləyib.  


Firuzə Əliyeva
Sfera.az