Fins

21 İyul

Azərbaycan Sənaye Bankının aktivləri 10%-ə qədər AZALIB

30 iyun 2022-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 737,933 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 9,2% azdır.

"Fins.az" xəbər verir ki,bu barədə bankın 2022-ci ilin ilk 6 ayını əhatə edən hesabatında bildirilir. 

Hesabat dövründə ASB-nin xalis mənfəəti 2.7 dəfə artaraq 3 milyon 2,05 min manat məbləğində olub.

Məlumata görə, Aktivlərin strukturunda banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitlər xüsusi çəkiyə malikdir, onların həcmi illik müqayisəd 17,6% azalaraq  384,897 milyon manat təşkil edir.

Bankın kredit portfeli ilin əvvəlinə nisbətən 4% artaraq 256,447 milyon manata çatıb 

31 iyun 2022-ci il tarixinə bankın öhdəlikləri 2021-ci ilin analoji dövrü ilə müqayisədə 10,9% azalaraq 629,854 milyon manat təşkil edir.

2022-ci ilin ilk 6 ayında ötən ilin analoji dövrünə olan göstərici ilə müqayisədə ASB-nin depozit portfeli 11.3% azalaraq  456,468 milyon manat olub.