Bakı 11dekabr Fins.az
Azərbaycanda bu ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 33,7 mlrd. manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,7% az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,4% azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,4% artıb.
Məlumata görə, sənaye məhsulunun 60,7%-i mədənçıxarma sektorunda, 33,2%i emal sektorunda, 5,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.