Fins

12 Oktyabr

Azərbaycandan Gürcüstana səfərlər 76% azalıb

Bu ilin ilk 9 ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 283 351 nəfər təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.

İllik müqayisədə Azərbaycandan olan ziyarətçilərin sayı 886 480 nəfər və yaxud 75,8% azalıb.

Yanvar-sentyabrda Gürcüstan ümumilikdə 1 597 528 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni göstəricisindən 78% azdır.

© Report