Fins

29 Dekabr

2020-ci ildə dünya iqtisadiyyatı 584 milyard dollar ziyan edə bilər - RİSKLƏRİN SİYAHISI

Kembric universitetinin analitikləri fəlakətli hadisələrin dünya ÜDM-ə təsiri barədə araşdırma aparıb.

Fins.az xəbər verir ki, “Cambridge Global Risk Outlook 2020”-in araşdırmasına görə, dünya iqtisadiyyatı gələn il 584 milyard dollar itirə bilər. Bu göstərici ötən il ilə müqayisədə 3% artıb.

Fəlakətlərin 2020-ci ildə ÜDM-a təsir edəcək 3 əsas növü:

  1. Təbii fəlakətlər - 179 milyard dollar
  2. Maliyyə, İqtisadiyyat və Ticarət - 149 milyard dollar
  3. Geosiyasət və Təhlükəsizlik - 131 milyard dollar

2020-ci ildə əsas risklər və onların dünya ÜDM-ə təsiri

Qlobal iqtisadiyyat üçün 5 əsas risk, 2015-2020

Risk üzrə 5 ən böyük şəhər:

  1. Tokio, 24.7 milyard dollar
  2. İstanbul, 18.8 milyard dollar
  3. New York, 16.1 milyard dollar
  4. Manila 14.4 milyard dollar
  5. Taipei 13.3 milyard dollar

Müəllif: Tuncay Türbəndəzadə