Finss.az - “Nature Medicine” jurnalında dərc olunan yeni elmi araşdırma süni intellektin tibbi simptomların qiymətləndirilməsində gözlənilən qədər üstün olmadığını ortaya qoyub.
Tədqiqat nəticələrinə görə, Sİ alətləri sağlamlıqla bağlı qərarların qəbulunda standart internet axtarışı ilə müqayisədə əhəmiyyətli üstünlük nümayiş etdirmir.
Oksford Universitetinin alimləri 10 müxtəlif klinik ssenarini analiz ediblər. Üç böyük dil modeli xəstəliklərin diaqnostikasında yüksək dəqiqlik göstərsə də, sonrakı tibbi addımlar barədə düzgün qərarların payı xeyli aşağı olub.
Araşdırma həmçinin istifadəçilərin təqdim etdiyi məlumatların keyfiyyətinin nəticələrə ciddi təsir etdiyini üzə çıxarıb. Natamam və ya qeyri-dəqiq təsvirlər bəzi hallarda səhv və potensial təhlükəli tövsiyələrlə nəticələnib.
Mütəxəssislər qeyd edirlər ki, süni intellekt tibbi məsləhətin əvəzi deyil və kritik hallarda mütləq peşəkar həkimə müraciət edilməlidir.
