Elm

16 Yanvar

İxracın artmasının iqtisadi bərpa üzərindəki təsirləri

Finss.az - UNEC-in “Elmi Xəbərlər” jurnalının 2025-ci il 13-cü cild, 2-ci nömrəsində Elman İbişov, Rafail Rzayev və Nəriman Nərimanlı tərəfindən hazırlanan İxracın artmasının iqtisadi bərpa üzərindəki təsirləri adlı məqalə dərc edilib.

Tədqiqatda ixrac fəaliyyətinin iqtisadi bərpa prosesinə təsirləri sistemli şəkildə təhlil olunur. Məqalədə göstərilir ki, ixrac artımı yalnız ticarət balansını yaxşılaşdırmaqla kifayətlənmir, həm də istehsalın stimullaşdırılması, məşğulluğun artırılması, valyuta ehtiyatlarının gücləndirilməsiinnovasiya potensialının genişləndirilməsi baxımından mühüm rol oynayır.

Araşdırma xüsusilə pandemiya sonrası dövrdə Azərbaycan nümunəsində qeyri-neft ixracatının dinamikasını empirik məlumatlarla təqdim edir və ixrac yönümlü siyasətin tətbiqində bazar şaxələndirilməsi, rəqabət qabiliyyətiqlobal ticarət qeyri-müəyyənlikləri kimi çağırışları da qiymətləndirir. Məqalənin nəticələri göstərir ki, iqtisadi bərpa və dayanıqlı inkişafın təmin olunması üçün ixracat strategiyalarının gücləndirilməsidövlət-özəl sektor əməkdaşlığının dərinləşdirilməsi vacibdir.