Elm

15 Yanvar

Kompetensiya əsaslı tədris prosesinin təşkili və nəticələrinin təhlili

Finss.az - UNEC-in “Elmi Xəbərlər” jurnalının 2025-ci il 13-cü cild, 2-ci nömrəsində Rüfət Sərdarlı, Aysel Qaragözova və Hacı Məhəmməd Vagif tərəfindən hazırlanan “Kompetensiya əsaslı tədris prosesinin təşkili və nəticələrinin təhlili” adlı məqalə nəşr edilib.

Məqalədə tələbələrin özünəinamının akademik performansa təsiri, motivasiya və davranışların qiymətləndirilməsi, həmçinin kompetensiya əsaslı tədris sistemi (CBE) çərçivəsində praktiki bilik və peşəkar bacarıqların inkişafı araşdırılır. Tədqiqat göstərir ki, tələbələrin öz bacarıqlarını düzgün qiymətləndirməsi onların akademik nəticələrinə və motivasiyasına birbaşa təsir göstərir.

Məqalənin praktiki əhəmiyyəti ondan ibarətdir ki, tədris proqramlarının praktiki bilik və peşəkar kompetensiyaların formalaşdırılmasına yönəldilməsi tələbələrin inkişaf ehtiyaclarını daha obyektiv şəkildə qarşılamasına imkan yaradır.