Yer planetinin yaxınlığından keçən plazma buludu nəticəsində yanvarın 9-da G1 kateqoriyalı zəif maqnit qasırğasının müşahidə olunması mümkündür.
Finss.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası bu barədə məlumat yayıb.
Laboratoriyanın açıqlamasına görə, yanvarın 6-da Günəşdən çıxan plazma tullantısının istiqaməti bir qədər yan tərəfə sürüşə bilər. Bu isə geomaqnit təsirlərin ya güclənməsinə, ya da demək olar ki, heç bir təsir göstərməməsinə səbəb ola bilər.
Eyni zamanda, qarşıdakı iki gün ərzində Günəşin Yerə tərəf yönəlmiş hissəsində koronal dəliklər səbəbindən Günəş küləyinin sürətində mülayim artım gözlənilir.
