Ötən il xarici ölkələrdə verilmiş elmi dərəcələrin 35-i Azərbaycanda tanınıb.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
2025-ci ildə xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin tanınması ilə bağlı statistikaya görə ən çox tanınan ölkəTürkiyə (16 sənəd) olub. Ən çox tanınan sahə isə İqtisad elmləridir (13 sənəd).
Digər ölkələrlə bağlı statistika isə belədir: Rusiya (4), Almaniya (3), Ukrayna (3), Macarıstan (3), Fransa (2), Çexiya, Yaponiya, Finlandiya, Belçika – hərəsi 1 sənəd.
