Azərbaycan Respublikası Hesablama Palatasında media nümayəndələri üçün “Dövlət auditi ilə bağlı məlumatların ictimaiyyətə düzgün təqdim edilməsində medianın rolu” mövzusunda təlimlər keçirilib.
Finss.az bu barədə palataya istinadən xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən Hesablama Palatasının Aparat rəhbəri Tamerlan Yusif-zadə dövlət auditinə dair məlumatların ictimaiyyətə düzgün çatdırılmasında medianın rolunu vurğulayıb.
O, təlimin əsas məqsədinin dövlət auditinin nəticələrinin mediada düzgün və obyektiv şərhi ilə rəsmi məlumatların aydın və dəqiq çatdırılması üçün media nümayəndələrinin bilik və bacarıqlarını artırmaq olduğunu qeyd edib.
Daha sonra Hesablama Palatasının əməkdaşları təlim iştirakçılarına rəsmi internet səhifəsində yer alan əsas bölmələr üzrə ətraflı məlumatlar veriblər.
Təlim zamanı media nümayəndələrinin sualları cavablandırılıb, praktiki nümunələr əsasında müzakirələr aparılıb və rəsmi məlumatlarla işləyərkən diqqət edilməli məqamlar izah olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.








