Elm

19 Dekabr

Azərbaycan Universitetinin tələbələri üçün rəqabətin təmin edilməsi mövzusunda açıq dərs keçirilib

Finss.az - Maarifləndirici tədbirdə bazar münasibətlərində rəqabətin məhdudlaşdırılmasına səbəb ola biləcək davranış formaları əyani misallarla izah olunub, bu kimi halların qarşısının alınmasına dair Rəqabət Məcəlləsində təsbit olunmuş tənzimləmə alətlərinə dair məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə tələbələr üçün növbəti açıq dərs təşkil olunub.

Açıq dərs çərçivəsində Agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Hökmran mövqedən sui-istifadənin mahiyyəti və araşdırılması” mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı Rəqabət Məcəlləsində təsbit olunmuş hökmran mövqe anlayışının mahiyyəti, onun müəyyən edilməsi meyarları və bazar payı hədləri barədə praktiki nümunələr üzərindən izahlar verilib. Təkbaşına və birgə hökmran mövqedən sui-istifadə halları, bu hallara dair qanunvericilikdə təsbit olunmuş tənzimləmə mexanizmləri və tətbiq olunan hüquqi yanaşmalar barədə ətraflı məlumat verilib, bu cür davranışların bazar münasibətlərində rəqabətin məhdudlaşdırılmasına səbəb olduğu və qanunvericiliyin tələblərinə uyğun olaraq qadağan edildiyi vurğulanıb.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.