Elm

12 Dekabr

Günəşdə iki güclü M sinifli alışma baş verib – radioəlaqələr pozulub

Dekabrın 12-də Günəşdə iki güclü M sinifli alışma qeydə alınıb. Hadisələr HF-radioəlaqənin müvəqqəti pozulmasına və II-IV tipli radioşüalanma artımlarına səbəb olub.

Finss.az-ın məlumatına görə, Rusiyanın Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu bildirir ki, saat 08:05-də 4296 nömrəli (S18W73) ləkələr qrupunda M2.0 gücündə partlayış baş verib və 24 dəqiqə davam edib. Alışma radioşüalanmanın II və IV tip artımları ilə müşayiət olunub.

Daha sonra saat 08:44-də 4294 nömrəli (S13W89) ləkələr qrupunda M1.1 gücündə ikinci alışma baş verib və 26 dəqiqə davam edib.

Ekspertlər qeyd edir ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. M sinfi X sinfindən bir pillə zəif olsa da, adətən Günəş plazmasının atılması ilə müşayiət olunur. Bu plazma buludları Yerə çatdıqda maqnit qasırğaları və HF-radioəlaqə problemləri yarada bilər.