UNEC-in “Elmi Xəbərlər” jurnalının 2025-ci il üçün dərc olunan 13-cü cild, 2-ci nömrəsində Həcər Şükürova (Xəzər Universiteti) və Elşən Əhmədov (UNEC) tərəfindən hazırlanan “Yaşıl iqtisadiyyatda tullantıların idarə olunması” adlı məqalə nəşr edilib.
Tədqiqat yaşıl iqtisadiyyatın inkişafında tullantıların iqtisadi və ekoloji aspektlərini ətraflı şəkildə təhlil edir. Məqalədə tullantıların idarə olunması, təkrar emal və dövriyyə iqtisadiyyatı konsepsiyasının yaşıl iqtisadiyyat üçün vacib elementlər olduğu vurğulanır.
Müəlliflər Azərbaycanda və digər inkişaf etməkdə olan ölkələrdə tullantıların idarə olunması sahəsində mövcud təcrübələri, texnoloji imkanları və sosial-siyasi təsirləri araşdıraraq, ekoloji balansın qorunması və təbii resurslardan səmərəli istifadənin əhəmiyyətini qeyd edirlər. Tədqiqat, həmçinin tullantıların iqtisadi və ekoloji dəyərləndirilməsi üsullarını, təkrar emal texnologiyalarını və yaşıl iqtisadiyyata keçidin çağırışlarını sistemli şəkildə təqdim edir.
