Elm

07 İyul

ADAU-nun Əsaslı Kitabxanası Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası platformasında

Finss.az - Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı Kitabxanası Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (IFLA) platformasına üzv qəbul edilib.

Bu platforma dünya kitabxanaları arasında elmi resurs mübadiləsini təmin edən qlobal şəbəkədir. ADAU-nun bu sistemə qoşulması tələbə və müəllimlər üçün beynəlxalq elmi resurslara birbaşa çıxış, eləcə də akademik əməkdaşlıqların genişlənməsi deməkdir.

Qeyd edək ki, platformada Azərbaycandan seçilmiş cəmi 6 kitabxana arasında ADAU-nun Əsaslı Kitabxanasının da yer alması onun beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.

//rscvd.ifla.org/participate/rscvd-library-directory/