Elm

03 İyul

Avropanın Maia raket layihəsində yeni mərhələ

Finss.az - Avropa Kosmik Agentliyi (ESA) üçün hazırlanmış yeni qismən təkrar istifadə olunan raket mühərriki Prometheus, ArianeGroup tərəfindən uğurla sınaqdan keçirilib.

Vernon şəhərində yerləşən sınaq meydançasında keçirilən dörd ardıcıl işə salınma testi mühərrikin etibarlılığını və yenidən işə salınma qabiliyyətini təsdiqləyib.

Prometheus mühərriki, 100 ton itələmə gücünə malik tənzimlənə bilən və təkrar istifadə oluna bilən ilk mühərriklərdən biridir. Bu nailiyyət Avropanın Maia adlı qismən təkrar istifadə olunan raket layihəsinin həyata keçirilməsində mühüm rol oynayır. Maia raketi Fransız Qvianasında yerləşən Kuru kosmodromunda, “Soyuz ST” daşıyıcı raketin yenilənmiş start masasından buraxılacaq.

Bu inkişaf Avropa kosmik sənayesinin rəqabət qabiliyyətini artırmaqla yanaşı, raket istehsalı və kosmik missiyaların maliyyə səmərəliliyini yüksəldəcək, yeni investisiya imkanları və iş yerləri yaradacaq.