Elm

20 May

General Atomics ilk dəfə pilotsuz qırıcının prototipini təqdim etdi

Finss.az - ABŞ-n müdafiə şirkəti General Atomics ABŞ Hərbi Hava Qüvvələrinin “Pilotsuz döyüş yoldaşı” proqramı çərçivəsində hazırlanan YFQ-42A pilotsuz qırıcısının ilk prototip fotosunu yayıb.

Əvvələrlər şirkət yalnız aparatın rəqəmsal görüntülərini təqdim etmişdi.

YFQ-42A modeli əvvəlcə gizli proqram üçün hazırlanmış XQ-67A təcrübəvi pilotsuz aparatının baza konstrukiyası əsasında yaradılıb. Yeni qırıcı çoxfunksiyalı platforma olaraq pilotlu qırıcılarla birlikdə və ya müstəqil şəkildə döyüş əməliyyatlarında zərbə endirmək və kəşfiyyat aparmaq qabiliyyətinə malikdir.

Pilotluq təcrübəsi 2025-ci ilin sonunda gözlənilir. Bu yenilik müdafiə sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.