Finss.az - Dünyanın ən böyük buzlağı olan A23a, Cənubi Georgiya adasından 300 kilometr məsafədə hərəkətini davam etdirir.
Arktika və Antarktika Tədqiqatları İnstitutu bildirib ki, buzlaq ilk iki həftə adaya doğru hərəkət etsə də, sonradan qərbə doğru çəkilib və bu istiqamət dəyişə bilər. Alimlər, onun sürətlə hərəkət etdiyini və 2023-cü ilin noyabrından bəri 1.400 kilometr yol qət etdiyini bildiriblər.
Həmçinin, buz dağası ərimə nəticəsində sahəsinin 9 faizini itirib. A23a 1986-cı ildən bəri hərəkətdədir və iki Sankt-Peterburq sahəsi boydadır.