Məqalədə kimya və neft-kimya kompleksinin istehsal-ixrac potensialının rəqəmsal transformasiyalar şəraitində gücləndirilməsi istiqamətləri araşdırılmışdır.
Finss.az xəbər verir ki, məqalə “Geostrategiya” beynəlxalq ictimai-siyasi, elmi-nəzəri jurnalında dərc olunub.
Məqalə qeyd olunur ki, dünyada rəqəmsal dəyişikliklərin genişlənməsi prosesləri təhlil edilmiş, rəqəmsal mexanizmlərin və elektron xidmətlərin üstünlükləri sistemləşdirilmişdir. Azərbaycanda rəqəmsal iqtisadiyyata keçid prosesləri öyrənilmiş, ölkənin kimya və neft-kimya kompleksinin inkişafında yeni texnologiyaların tətbiqinə əsaslanan strateji aspektlər açılmışdır.
Məqalədə həmçinin kimya və neft-kimya kompleksinin istehsal-ixrac potensialının qiymətləndirilməsinin və gücləndirilməsinin əhəmiyyəti vurğulanmışdır. Azərbaycanın və Türkiyədə fəaliyyət göstərən SOCAR müəssisələrində rəqəmsal mühitə keçid layihələrinin üstünlükləri qeyd edilmişdir. Araşdırılan problemlər üzrə tövsiyələr və təkliflər hazırlanmışdır.
Müəllif:
Müqəddəs Əzizzadə
Azərbaycan Dövlət Universitetinin doktorantı
Neft və Sənaye