Elm

15 Yanvar

Enerji içkiləri: Yüksək təsir, yüksək risk!

Finss.az - Rusiya alimlər enerji içkilərinin təsirlərini araşdırıb.

Onlar kofein, taurin və B vitaminlərinin beyinə təsir edərək diqqəti artırdığını, lakin enerji içkilərinin uzunmüddətli istifadəsinin yorğunluğa səbəb olduğunu açıqlayıblar. Asılılıq tədricən yaranır və təhlükəsiz kofein dozası gündə 400 milliqram (təxminən bir-iki banka) hesab edilir. Uşaqlara, idmançılara, hamilə qadınlara və müəyyən sağlamlıq problemləri olan şəxslərə enerji içkilərindən qaçınmaları tövsiyə olunur. Alimlər, yüksək adrenalini təbii yollarla artıran alternativ vasitələr də təqdim ediblər.