Finss.az xəbər verir ki, Şimal-Şərqi Federal Universitetinin (NEFU) Mamont Muzeyi 2024-cü ildə Yakutiyanın Verxoyansk vilayətində aşkar edilmiş mamont körpəsinin cəsədini təqdim edib. Radiokarbon analizinin nəticələrinə görə, mamont balasının geoloji yaşı 50 min ildir.
“Yeni tapıntı bizə mamontların ontogenezi, adaptiv xüsusiyyətləri, paleoekoloji yaşayış şəraiti və digər aspektlər haqqında yeni məlumatlar əldə etməyə imkan verəcək”, - Şimal-Şərqi Federal Universitetinin Mamont Muzeyi laboratoriyasından bildiriblər.
Kaira Agayeva
Finss.az