Elm

12 Dekabr

Konqo DR-də həkimlər naməlum bir xəstəliyi öyrənirlər

Konqo Demokratik Respublikasında naməlum xəstəlik epidemiyası baş verib.
Artıq 140-dan çox insan bundan ölüb.

Finss.az xəbər verir ki, xəstəliyin simptomları soyuqdəyməyə bənzəyir: burun axması, öskürək, baş və bədən ağrıları. 

Ümumdünya Səhiyyə Təşkilatı virusu araşdırmaq üçün epidemiyanın baş verdiyi əyalətə mütəxəssislər qrupu göndərib. Həkimlərin fikrincə, patogen coviddən daha yüksək ölüm nisbəti ilə pandemiyaya səbəb ola bilər. Yerli sakinlərin sözlərinə görə, yoluxanların sayı artmaqda davam edir və xəstələr müalicə olunmadığından öz evlərində ölürlər. DR Konqo hökuməti yüksək hazırlıq vəziyyətindədir. Bundan əvvəl Corc Meyson Universitetinin (ABŞ) Sistem Biologiyası Məktəbinin professoru, biologiya elmləri doktoru Ancha Baranova demişdi ki, bu xəstəlik hazırda dəqiq diaqnoz qoymaq üçün uyğun deyil. Həkimlər bunun yeni virus ştammları və ya artıq məlum infeksiyaların modifikasiyası olub-olmadığını dəqiq deyə bilmirlər.

Kaira Agayeva 

Finss.az