Elm

02 Dekabr

Dekabrın 2-də Yer kürəsini yeni maqnit qasırğası bürüyəcək

Alimlər bunun zəif maqnit qasırğası olacağını bildiriblər.

Finss.az xəbər verir ki, sonra geomaqnit aktivliyi azalmağa başlayacaq və dekabrın 2-də bütün gün cəmi 2-3 bal olacaq. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun əməkdaşları qeyd ediblər ki, "Bu, hətta hava şəraitindən asılı olan insanlar tərəfindən də praktiki olaraq hiss olunmur".

Yeni iş həftəsinin əvvəlində daha şiddətli maqnit qasırğası ehtimalı azdır. Geomaqnit aktivliyin növbəti artımı (4 bala qədər) dekabrın 6 və 7-də proqnozlaşdırılır. Bu günlərdə meteohəssas vətəndaşlar özlərini pis hiss edə bilərlər, alimlər xəbərdarlıq ediblər.

Kaira Agayeva 

Finss.az