Finss.az xəbər verir ki, bu, alimlər tərəfindən indiyədək qeydə alınan ən güclü dalğalardan biridir.
Toqquşma Yerdən 290 milyon işıq ili uzaqlıqda yerləşən Stefan kvinteti adlı qalaktikalar qrupunda baş verib.
Astronomlar saatda 3,2 milyon kilometr sürətlə hərəkət edən qalaktikalardan birinin (NGC 7318b) “qonşularına” çırpıldığını bildiriblər. Nəticədə yaxınlıqda uçan döyüş təyyarəsinin səsinə bənzər dalğa yaranıb.
Astrofizik Marina Arnaudova deyir: “NGC 7318b zibil sahəsinə çırpıldı, içindəki plazma və qazı sıxdı və bu, yəqin ki, ulduzların əmələ gəlməsi prosesini işə saldı.
Alimlərin fikrincə, bu nadir hadisədir. Onlar qalaktikaların necə əmələ gəldiyini anlamağa kömək edəcək yeni məlumatlar əldə etməyə ümid edirlər.