Elm

22 Noyabr

Arktikada COVID-19 pandemiyasına səbəb olandan 30 dəfə böyük bir virus tapıldı

Məqalədə qeyd olunur ki, aşkar edilən viruslar adi viruslardan 30 dəfə böyük olub.

Finss.az xəbər verir ki, koronavirus pandemiyasına səbəb olan SARS-CoV-2 virionunun ölçüsü 50 ilə 200 nanometr arasında dəyişir və tapılan nəhəng virusun uzunluğu 1500 nanometrə çatır və adi mikroskopla görünə bilər.

Bundan əlavə, nəhəng virusların çox mürəkkəb genomları var.

Qeyd edilir ki, nəhəng virusların mənşəyi və necə təkamülləşdiyi hələ aydın deyil və onların insanlar üçün təhlükə törətməsi də aydın deyil.

Ekspertlərin fikrincə, bu istiqamət biologiyada sıçrayış ola bilər.

Kaira Agayeva

Finss.az